WWW.ABSTRACT.XLIBX.INFO
FREE ELECTRONIC LIBRARY - Abstract, dissertation, book
 
<< HOME
CONTACTS



Pages:   || 2 | 3 | 4 | 5 |   ...   | 10 |

«К 50-ЛЕТИЮ МУЗЕЯ ИСТОРИИ АЗЕРБАЙДЖАНА АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНСКОЙ ССР Azərbaycan SSR ...»

-- [ Page 1 ] --

AZƏRBAYCAN SSR

ELMLƏR AKADEMİYASI

AZƏRBAYCAN TARİXİ

MUZEYİNİN 50 İLLİYİNƏ

HƏSR OLUNUR

К 50-ЛЕТИЮ

МУЗЕЯ ИСТОРИИ

АЗЕРБАЙДЖАНА

АКАДЕМИИ НАУК

АЗЕРБАЙДЖАНСКОЙ ССР

Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan tarixi muzeyi Академия наук

Азербайджанской ССР

Музей истории Азербайджана

АЗЕРБАЙДЖАНСКАЯ

НАЦИОНАЛЬНАЯ

ОДЕЖДА

Под редакцией проф. П. А. Азизбековой Издательство «Искусство». Москва 1972 AZƏRBAYCAN

MİLLİ

GEYİMLƏRİ

Prof. P. Ə. Əzizbəyovanın redaksiyası altında «Искусство» nəşriyyatı. Moskva 1972 Albomu tərtib edənlər və mətnin müəllifləri M.İ.Atakişiyeva, M.Ə.Cəbrayılova, V.M.İslamova.

Составители альбома и авторы текста М. И. Атакишиева, М. А. Джебраилова, В. М. Исламова.

Məsləhətçi rəssam: M. M. Əlisəttar Художник-консультант: М.М.Али-Саттар.

Fotolar İ. A. Rubençikindir Фото И.А.Рубенчика.

AZƏRBAYCAN MĠLLĠ GEYIMLƏRĠ

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.

Təqdim olunan nəşrdə müəlliflər geyimlərin milli formaları ilə maraqlanan geniş oxucu kütlələrini XIX əsr və XX əsrin əvvəllərinə aid Azərbaycan milli geyim nümunələri ilə tanış etmək məqsədini qarşıya qoymuşlar.

«Azərbaycan milli geyimləri» albomu Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan xalq geyimlərinin zəngin kolleksiyası əsasında yaradılmışdır. Alboma bu kolleksiyadan Azərbaycanın müxtəlif tarixi-etnoqrafik zonalarına aid olan qadın və kişi geyimlərinin dəstləri və ayrı-ayrı elementləri daxil edilmişdir. Bəzi hallarda dəstlərin fraqmenti və ya onların ayrı-ayrı hissələri verilmişdir.

Azərbaycan tarixi muzeyinin geyimlər kolleksiyasında qadın geyimləri daha zəngin və dolğun təqdim olunmuşdur. Kişi geyimləri azlıq təşkil edir. Uşaq geyimləri daha da azdır. Məhz bu səbəbdən albomda uşaq və kişi geyimlərinə az yer verilmişdir.

Etnoqrafiya fondunda mühafizə olunan Azərbaycan milli geyim nümunələri ilk dəfə olaraq çap olunur. Qadın geyimləri dəstlərinin bütün zənginliyini və gözəlliyini daha dolğun təqdim etmək məqsədilə imkan daxilində onları Azərbaycan tarixi muzeyinin qiymətli metallar fondunda mühafizə olunan Azərbaycan zərgərlərinin hazırladığı bəzək əşyaları ilə ziynətləndirməyə səy göstərilmişdir.

Qeyd etmək lazımdır ki, bu nəşrdə Azərbaycan ərazisində yaşayan etnik qruplara xas olan milli geyimlər öz əksini tapmamışdır.

Eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki, əlimizdə Azərbaycan milli geyimlərinin inkişaf tarixini əks etdirən konkret material yoxdur. Lakin bu boşluğu Azərbaycanın ayrı-ayrı yerlərindən tapılmış arxeoloji materiallar və müxtəlif başqa mənbələr müəyyən dərəcədə tamamlayır.

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış eradan əvvəl V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V—VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. Eradan əvvəl III—IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.





Bakı şəhərindəki Şirvanşahlar sarayı (XV əsr) yanındakı məqbərədə aparılan həfriyyat işləri zamanı qiymətli xara və ipək parça qalıqları aşkara çıxarılmışdı.

Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbələrinin olması burada orta əsr şəhərlərində ipək və yun parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdı.

XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Şamaxı Şabran, Ərəş, Qəbələ, Cavad, Ağdaş və s. ilə birlikdə Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən biri idi. Bu haqqda məşhur səyyah Adam Oleari yazırdı: «Onların (şirvanlıların — müəlliflər) əsas məşğələsini iplik, ipək və yun toxuma və müxtəlif tikmə işləri təşkil edir». Şamaxıda istehsal olunmuş tafta, fata və darayı parçaları xüsusi şöhrət tapmış, zərif baş örtüklərinə və başqa toxuma məmulatına isə böyük tələbat vardı.

Azərbaycanda Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd, Ərəş və Ordubad mühüm toxuculuq mərkəzləri idi.

Bunların sırasında ipək parça sənətkarlığının görkəmli mərkəzlərindən biri olan Gəncəni xüsusi qeyd etmək lazımdır.

Evliyə Çələbi (XVII əsr) yazırdı ki, Gəncə ipəyi çox məşhur idi. Gəncə şəhərində mövcud olan sənətkarlıq içərisində pambıq parça istehsalı da böyük yer tuturdu.

Təbriz şəhərində ən müxtəlif növlü parça istehsalı mərkəzləşmişdi. Bu şəhər yüksək keyfiyyətli məxmər, atlas, qumaş və keci istehsalı üzrə xüsusilə məşhur idi. Adları çəkilən parçaların bir hissəsi hətta başqa ölkələrə də ixrac olunurdu.

Naxçıvanın mahir toxucu sənətkarları çoxlu miqdarda ucuz, lakin gözəl və yüksək keyfiyyətli pambıq parça istehsal edirdilər. Onların hazırladığı rəngarəng çit parçalara böyük tələbat var idi.

Beləliklə, XVII əsrdə Azərbaycan şəhərlərində parça istehsalı sahəsində meydana gələn müəyyən ixtisaslaşma sonrakı əsrlərdə də davam edirdi. Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında «Hacı mənə bax», «gecə-gündüz», «gendə dur», «alışdım yandım», «küçə mənə dar gəlir» və s. ad altında məşhur idi.

Şübhə yoxdur ki, parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa və həm də eyni xalqın içərisində müxtəlif sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi.

Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, zərbəft, xara, atlas, məxmər, tafta, fay, tirmə və başqa parçalar geniş istifadə olunurdu.

Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.

İstər qadın və istərsə də kişi alt paltarları kətan və pambıq parçalardan tikilirdi. Lakin çox zaman varlı ailələrdə alt köynəyini də ipək parçadan tikirdilər.

XIX əsrdə Azərbaycanda ipək parça istehsalının mərkəzləri Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və b. idi. Burada çox zərif və gözəl naxışlı parçalar, cecimlər və qadınlar üçün ipəkdən müxtəlif çeşidli baş örtükləri istehsal olunurdu.

Geyimləri öyrənmək üçün orta əsr miniatürləri və tətbiqi incəsənət nümunələri, xüsusilə Şəki xan sarayı freskaları əhəmiyyət kəsb edən mənbələrdəndir.

XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şəki, Gəncə, Qazax və s. şəhərlərini gəzib orada milli geyimlərin naturadan şəkillərini çəkmiş rus rəssamları V. V. Vereşşaqin və Q. Q. Qaqarinin əsərləri də müəyyən əhəmiyyətə malikdir.

Azərbaycan ərazisini şərti olaraq bir neçə tarixi-etnoqrafik zonaya bölmək olar. Bunlardan Quba — Xaçmaz, Abşeron, Lənkəran — Astara, Şamaxı, Qarabağ, Naxçıvan — Ordubad, Qutqaşen — Vartaşen, Şəki — Zaqatala, Gəncə və Şamxor — Qazax zonalarını göstərmək olar. Adları çəkilən tarixi-etnoqrafik zonalarda yaşayan azərbaycanlıların geyimlərinin əsasən eyni olması onların tarixən vahid etnik qrupa mənsub olmaqlarına bir sübutdur. Bu zonaların əhalisinin geyimlərindəki kiçik fərqlər Azərbaycanın vahid milli geyiminin yalnız lokal xüsusiyyətlərini əks etdirirdi.

Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər.

Kişi geyimləri də qadın geyimləri kimi qeyd olunan tarixi-etnoqrafik zonalarda əsasən eyni idi. Kişi geyimlərindən də onun hansı təbəqəyə mənsub olduğunu müəyyən etmək çətin deyildi.

Uşaq geyimləri forma etibarilə yaşlıların geyimi ilə eyni olub, yalnız ölçüləri və yaş xüsusiyyətinə uyğunlaşma elementləri ilə fərqlənirdi.

Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də ziynətləndirilirdi.

Mətndə Azərbaycanın milli geyimlərindən yalnız alboma daxil olmuş elementlərin təsviri verilmişdir.

XIX əsrdə və XX əsrin əvvəllərində alt və üst paltarlardan ibarət olan Azərbaycan qadın geyimlərini iki hissəyə bölmək olar.

Qadın üst geyimləri üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi. Beldən aşağı olan qadın geyimləri nümunələrindən alboma yalnız üst tumanı və çaxçur daxil edilmişdir.

Qadın üst köynəyinin qolu əsasən uzun, enli və düz olurdu. Qolun çiyinə tikilən hissəsi əksərən düz, bəzi hallarda isə xırda qırçınlı olurdu. Qoltuğun altına adətən başqa rəngli parçadan xişdək qoyulurdu. Köynək boyun hissədə bir düymə ilə düymələnirdi. Üst köynəyi adətən qanovuz və ya faydan tikilirdi. Köynəyin boynuna, yaxasına, qolunun ağzına və ətəyinə sarıma bafta tutulurdu. Köynəyin ətəyinə qabaq hissədə qızıl ətəklik, midaxıl, qızıl və ya gümüş qulplu pul da tikilirdi.

ÇƏPKƏN—üst köynəyin üstündən geyilirdi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlçək ilə bitən qondarma qolları olurdu. Bu qollar çiyindən aşağı boş sallanırdı. Bəzən bu qondarma qola düymələr də tikilirdi. Qondarma qolun astarı əksərən qiymətli parçadan olurdu.

Çəpkən tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilirdi. Çəpkənin yaxasına, çapığın qırağına, ətəyinə və qolunun kənarlarına sarıma və başqa baftalar, köbə, zəncirə, şahpəsənd və s. tutulurdu.

ARXALIQ — bütün Azərbaycanda ən geniş yayılmış geyimlərdən hesab edilir. Arxalıqlar müxtəlif olurdu.

Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxud qırçınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu. Arxalıqların qollarının da biçimləri müxtəlif olardı. Bəziləri düz və uzun, bəzilərinin isə qolları dirsəyə qədər düz olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilirdi. Arxalıqların üçüncü forması lelüfər qollu olurdu. Dirsəyə qədər düz olan lelüfər qol, dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzına arxalığın parçasından iki barmaq endə qırçın da əlavə edilirdi. Arxalıqların yaxası açıq olurdu. Əksər hallarda arxalıqlar döşdən aşağı belə qədər düymələnirdi.

Bəzi arxalıqların yaxası düymələnmirdi. Arxalıqlar məxmər, tirmə və müxtəlif zərli xara parçalardan tikilirdi, sarıma və cürbəcür baftalarla bəzədilirdi.



Pages:   || 2 | 3 | 4 | 5 |   ...   | 10 |


Similar works:

«North Shore Bible Church By-Laws Church Covenant The covenant by which this church exists as a distinct body, and which every member accepts, is as follows: Acknowledging Jesus Christ to be our Savior and Lord and submitting to the authority of the Bible as our rule of faith and practice, and recognizing the privilege and duty of uniting ourselves for Christian fellowship, the enjoyment of Christian ordinances, the worship of God, and the advancement of His kingdom on earth, we do now in the...»

«AQUAD 7 DAS PROGRAMM ZUR ANALYSE QUALITATIVER DATEN Günter L. Huber Leo Gürtler Softwarevertrieb Günter Huber Copyright Alle Rechte vorbehalten. Ohne ausdrückliche, schriftliche Zustimmung der Autoren ist es nicht gestattet, das Manual oder Teile davon in irgend einer Form durch Druck, Fotokopie, Mikrofilm oder Einspeicherung und Verarbeitung in elektronischen Systemen zu vervielfältigen oder zu verbreiten. Das selbe gilt für die Rechte der öffentlichen Wiedergabe und der Übersetzung in...»

«Model Checking Distributed Java Applications PhD Dissertation Proposal Nastaran Shafiei nastaran@cse.yorku.ca Supervisor: Franck van Breugel Supervisory Committee Members: Eric Ruppert Jonathan S. Ostroff July 17, 2013 Contents 1 Abstract 2 2 Introduction 2 2.1 Distributed Applications..................... 2 2.2 The Java Platform........................ 4 2.3 Model Checking.......................... 4 2.4 Java PathFinder...»

«Янко Слава (Библиотека Fort/Da) || http://yanko.lib.ru || slavaaa@yandex.ru 1 of 245 Сканирование и форматирование: Янко Слава (Библиотека Fort/Da) || slavaaa@yandex.ru || yanko_slava@yahoo.com || http://yanko.lib.ru || Icq# 75088656 || Библиотека: http://yanko.lib.ru/gum.html || Номера страниц внизу update 16.01.06 Ждан А.Н. = История психологии. От Античности до...»

«Publié dans Bulletin VALS-ASLA (Association suisse de linguistique appliquée) 83-2, 33-52, 2006 qui doit être utilisée pour toute référence à ce travail Orthographe, légitimation et construction des publics: débats idéologiques et linguistiques autour de la récente réforme de l’orthographe allemande1 Sally JOHNSON Department of Linguistics and Phonetics, School of Modern Languages and Cultures, University of Leeds, UK-Leeds LS2 9JT; s.a.johnson@leeds.ac.uk When the recent reform...»

«The Ohio State University Knowledge Bank kb.osu.edu Ohio Journal of Science (Ohio Academy of Science) Ohio Journal of Science: Volume 36, Issue 4 (July, 1936) 1936-07 Report of the Forty-Sixth Annual Meeting Alexander, William H. The Ohio Journal of Science. v36 n4 (July, 1936), 161-194 http://hdl.handle.net/1811/2805 Downloaded from the Knowledge Bank, The Ohio State University's institutional repository T H E OHIO JOURNAL OF SCIENCE VOL. XXXVI JULY, 1936 No. 4 ANNUAL REPORT OF THE O H I O...»

«4EC entrance exam Listen to the radio programme. Tick () A, B or C. End of course test A – Track 20 (NEF – Intermediate) Example: What’s the name of the radio programme? B Movie Review.  A Moving Now. C This week’s movies. 1 What role did Jack White play in Space Idiots? A A tennis star. B An artist. C An astronaut. 2 What sort of film is Amazing Weekend? A An action film. B A sci-fi thriller. C A romantic comedy. 3 At the start of the film, how do the two main characters in...»

«Growth form evolution in Adenia (Passifloraceae) and a model of the evolution of succulence Item type text; Dissertation-Reproduction (electronic) Authors Hearn, David John Publisher The University of Arizona. Rights Copyright © is held by the author. Digital access to this material is made possible by the University Libraries, University of Arizona. Further transmission, reproduction or presentation (such as public display or performance) of protected items is prohibited except with...»

«DGPF Tagungsband 24 / 2015 Wasserlinienextraktion aus optischen Nahbereichsaufnahmen mittels Texturmessverfahren MELANIE KRÖHNERT1, ROBERT KOSCHITZKI1 & HANS-GERD MAAS1 Zusammenfassung: In diesem Beitrag wird ein Verfahren zur Detektion von Wasserlinien offener Gewässer mithilfe optischer Nahbereichsaufnahmen auf Basis von Texturund Spektralinformationen vorgestellt und evaluiert. In zwei Studiengebieten unterschiedlicher Topographie wurden mit handelsüblichen Amateurkameras Studien im...»

«Interactions between calcium and heavy metals in Norway spruce Accumulation and binding of metals in wood and bark Ann Helén Österås Department of Botany, Stockholm University, 2004 Doctoral dissertation Ann Helén Österås Stockholm University April 16, 2004 Front cover: The distribution of Ca (red), Mn (blue) and Cu (green) in a 400µm thick stem section from a 2-year-old Norway spruce analysed with microbeam X-ray fluorescence. The area scanned was 450 x 3510 µm, and the step-size was...»

«Table of Contents PAGE POC 2012 Organizing, Scientific 6 and International Advisory Committees Message from the Conference Chair 7 Message from our Premier Sponsor 9 Welcome to Qatar 11 Discover Qatar! 12 Our Proud Sponsors 14 Our Keynote Lecturer: Dr. Robert H Grubbs 19 POC 2012 Session Chairs 20 Schedule of Events 24 Oral Presentation 32 Poster Presentations 114 Index 197 POLYOLEFINS (32-41) Olefin polymerization with metallocene and “post metallocene” derivatives of zirconium. J. Bercaw...»

«DOCUMENT RESUME ED 281 401 HE 019 9S7 AUTHOR Plakidas, Shirley TITLE Standards for Professional Staff Preparation in College Unions and Student Activities. INSTITUTION Association of College Unions-International, Bloomington, IN. PUB DATE 86 NOTE 18p. AVAILABLE FROM Association of College Unions-International, 400 East Seventh Street, Bloomington, IN 47405 ($20 per copy, nonmembers; $10 per copy, members). PUB TYPE Guides Non-Classroom Use (055) EDRS PRICE MF01/PC01 Plus Postage. DESCRIPTORS...»





 
<<  HOME   |    CONTACTS
2016 www.abstract.xlibx.info - Free e-library - Abstract, dissertation, book

Materials of this site are available for review, all rights belong to their respective owners.
If you do not agree with the fact that your material is placed on this site, please, email us, we will within 1-2 business days delete him.